Parisin PSJ klubu Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında Dortmund “Borussiya”sına qalib gəlib.
49-cu dəqiqədə Kilian Mbappe dəqiq penalti zərbəsi ilə PSJ-ni hesabda irəli çıxarıb. Bundan 8 dəqiqə sonra Əşrəf Hakimi dubl edərək parislilərin üstünlüyü ilə yekun vurub.
Parislilər üç xalla qrupda birinci yerdədir. İkinci və üçüncü yerləri isə öz aralarında heç-heçə oynayan İngiltərənin “Nyukasl”ı və İtaliyanın “Milan” klubları tutur. “Borussiya” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Mənbə: Sports.ru

