Ukrayna və Polşa prezidentləri Vladimir Zelenski və Anjey Dudanın Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində planlaşdırılan görüşü ləğv edilib.
Bu barədə Rzeczpospolita qəzeti yazır.
Nəşrin məlumatına görə, Polşa lideri bu görüşün gələcəkdə də keçirilə biləcəyini istisna etmir. Qəzet onu da qeyd edir ki, bu görüş Ukraynanın taxıl tədarükünə qoyulan embarqonun müzakirəsi kontekstində əhəmiyyətli ola bilər.
Bundan əvvəl Vladimir Zelenski və Anjey Dudanın sentyabrın 19-da Nyu-Yorkda görüşməyi planlaşdırdığı bildirilirdi. Bu barədə “Strana.ua” nəşrinin Telegram kanalı yazıb. Duda qeyd edib ki, liderlər Polşa tərəfindən birtərəfli qaydada bloklanan Ukrayna taxılının ixracını müzakirə etmək niyyətindədirlər.
Mənbə: Haber Global
