23/07/2026

Füzulidə avtomobil qəzasında həlak olan polis Şüvəlanda dəfn edilib

Füzuli rayonunda avtomobil qəzasında həlak olan polis əməkdaşı Rasim Oqtay oğlu Məmmədov Bakıda dəfn olunub.

APA xəbər verir ki, polis əməkdaşı Xəzər rayonu, Şüvəlan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rasim Oqtay oğlu Məmmədov 1987-ci ildə Bakıda anadan olub, iki övladı var.

Qeyd edək ki, Füzuli rayonunda baş verən avtomobil qəzasında üç polis əməkdaşı həlak olub.

Oxşar xəbərlər