23/07/2026

ABŞ bəyan edib ki, Ukrayna ABŞ-ın hərbi dəstəyi olmadan qala bilər

Vaşinqton büdcə məsələsini həll edə bilməsə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın hərbi dəstəyindən məhrum qala bilər. Bu barədə “Politico” yazır.

Nəşr qeyd edir ki, əgər sentyabrın sonunadək amerikalı qanunvericilər büdcə ilə bağlı razılığa gələ bilməsələr, o zaman hakimiyyət istənilən qeyri-vacib fəaliyyəti dayandırmağa məcbur olacaq.

“Məsələn, 2018-ci ildə belə bir epizod zamanı ABŞ qoşunları Yaxın Şərqdə terrorçuları ovlamağa davam etdi, lakin on minlərlə Milli Qvardiyanın və ehtiyatda olan hərbçilərin təlimi ləğv edildi” dedi Pentaqonun sözçüsü Chris Sherwood.

Mənbə: Haber Global

Oxşar xəbərlər