Yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələri Kiyevin Vaşinqtondan tələb etdiyi ATACMS raketlərini almayacaq. Bu barədə “Fox News” telekanalının Pentaqonun müxbiri Lukas Tomlinson adı açıqlanmayan rəsmilərə istinadən X sosial şəbəkəsində bildirib.
“Ukrayna yaxın gələcəkdə Krımda və Rusiyanın nəzarətində olan digər ərazilərdə Rusiya qüvvələrini məhv etmək üçün Zelenskinin təcili olaraq tələb etdiyi 120 mil mənzilli taktiki ballistik raketləri, ATACMS-i almayacaq”, – deyə məlumatda bildirilir.
Sentyabrın 20-də “Foreign Policy” jurnalı Konqres aparatındakı mənbəyə istinadən yazıb ki, Amerikanın bütün departamentləri Ukrayna Silahlı Qüvvələrinə Amerikanın uzaqmənzilli ATACMS raketlərinin tədarükünü təsdiqləyib, lakin yekun qərar dövlət başçısı Co Baydenindir.
Mənbə: A Haber

