Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riyad əl-Maliki RİA Novosti-yə bildirib ki, prezident Mahmud Abbas bu ilin sonuna qədər Rusiyaya səfər etməyi planlaşdırır.
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən yüksək səviyyəli həftəsi çərçivəsində Əl-Maliki deyib: “Hər halda mənim prezidentimin Rusiya Federasiyasına səfəri tezliklə hazırlanır”. O, səfərin bu il gözlənildiyini təsdiqləyib, lakin əlavə təfərrüatları açıqlamaqdan imtina edib.
Bundan əlavə, nazir bildirib ki, o, özü də yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya getməyi planlaşdırır. O, səfərinin ötən aya planlaşdırıldığını, lakin Lavrovun cədvəlindəki dəyişikliklərlə əlaqədar təxirə salındığını izah edib.
Mənbə: RİA Novosti

