Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Ukrayna tərəfinə əks-hücum əməliyyatı keçirmək üçün istədiyi hər şeyi verib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Ukrayna ordusunun bu əks-hücum əməliyyatını həyata keçirmək üçün lazım olduğunu söylədiyi hər şeyi ABŞ-dan, müttəfiqlərimizdən və tərəfdaşlarımızdan alıblar”, – Kirbi bildirib.
O, Amerikanın dəstəyinin görünməmiş və tarixi olduğunu vurğulayaraq, əməliyyatın gedişatını böyük ölçüdə təmin etdiyini də əlavə edib.
Məmbə: RİA Novosti

