Çin Ukraynadakı münaqişənin həlli üçün “yeganə yol” adlandırıb

Çinin vitse-prezidenti Han Zheng bildirib ki, atəşkəs və sülh danışıqlarının başlanması Ukrayna böhranının həllinin yeganə yoludur və Çin bu münaqişənin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. O, həmçinin Çinin sülhün əldə edilməsində konstruktiv rol oynamağa davam etməyə hazır olduğunu vurğulayıb. Bu barədə RİA Novosti yazır.

Han Zheng bu bəyanatları Nyu Yorkda BMT Baş Assambleyasında səsləndirib. O qeyd edib ki, kommunikasiya və dialoq münaqişə tərəfləri də daxil olmaqla, təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın mühüm vasitəsidir. Han Zheng bütün ölkələrdə təhlükəsizliyin bir-biri ilə əlaqəli olduğunu və bir-birinə təsir etdiyini də vurğuladı.

“Biz bütün ölkələrin təhlükəsizliyi ilə bağlı əsaslı narahatlıqları nəzərə almalı, fikir ayrılıqlarını və mübahisələri dialoq və məsləhətləşmələr yolu ilə sülh yolu ilə həll etməliyik”, – Çin nümayəndəsi bildirib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər