22/07/2026

NATO “Şimal axını”na görə sualtı infrastrukturu qorumağı hədəfləyir

Şimali Atlantika Alyansı üzv ölkələrə real vaxt rejimində sualtı kritik infrastrukturun yaxınlığında şübhəli fəaliyyətə nəzarət etməyə imkan verəcək texnologiyalar inkişaf etdirmək niyyətindədir. Bu barədə Bloomberg məlumat yayıb.

Materialda qeyd edilir ki, müvafiq təşəbbüs “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatla bağlı hazırlanıb. Nəşrin müəllifləri aydınlaşdırıblar ki, 2022-ci ilin sentyabr hadisələri hazırda mövcud monitorinq vasitələrinin çətinliklərini və səmərəsizliyini üzə çıxarıb.

Məqalədə deyilir: “NATO kritik sualtı infrastrukturun yaxınlığında şübhəli fəaliyyəti real vaxtda aşkar edə bilən texnologiyalar hazırlamağa tələsir.

Mənbə: Bloomberg

Oxşar xəbərlər