Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit İdlib deeskalasiya zonasında zəhərli maddələrin istifadəsi ilə Rusiya Silahlı Qüvvələrinə qarşı gözlənilən təxribat barədə məlumat verib.
Bu barədə TASS yazır.
“Onlar zəhərli maddələrdən istifadə etməklə Suriya Ərəb Respublikasındakı Rusiya Silahlı Qüvvələrinin hərbçilərini gözdən salmaq məqsədi daşıyan təxribat hazırlayırlar”, – deyə Kulit bildirib.
Kulitin sözlərinə görə, Erix kəndinin ətrafına xlorlu konteynerlər onun Rusiya Silahlı Qüvvələri tərəfindən istifadə edilməsi üçün “Ağ Dəbilqəlilər”in nümayəndələri tərəfindən “Cəbhət ən-Nusra” terror qruplaşmasının nümayəndələri ilə razılaşdırılaraq çatdırılıb.
Mənbə: TASS

