Respublikaçı konqresmen Marjorie Taylor Greene X sosial şəbəkəsindəki səhifəsində ABŞ-ın hazırkı prezident Co Baydenin səmərəsiz immiqrasiya siyasəti ucbatından İsrailin taleyini bölüşə biləcəyini yazıb.
“İsrailin başına gələn Amerikanın başına gələ bilər. “Biz 160-dan çox müxtəlif ölkədən gələn əcnəbilər tərəfindən işğal olunmuşuq” deyə o yazıb.
Onun sözlərinə görə, qeyri-qanuni miqrasiyanın miqyası o qədər böyükdür ki, prezident administrasiyası artıq cavab verə bilmir. O, əmindir ki, bu, hakimiyyət üçün “oyanış zəngi” olmalıdır.
Mənbə: A haber

