Moskvada Rusiya Qızıl Xaç Cəmiyyətinin icraçı direktoru Tatyana Fazionun 410 min rubl dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Life Shot Telegram kanalına istinadən xəbər verir.
Telegram kanalının məlumatına görə, hadisə oktyabrın 10-da baş verib. Fazio paytaxtdakı mənzillərin birində pəncərələri təmir etmək üçün internetdə tapılan mütəxəssisləri çağırıb.
İşçilər işini bitirib evdən çıxanda qadında ümumi dəyəri təxminən 410 min rubl olan iki cüt sırğa və mirvari boyunbağı yox idi. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: TASS

