ABŞ prezidenti Co Bayden bu həftə İsrailə səfər etməyi düşünür. Bu barədə NBC News üç amerikalı məmura istinadən məlumat yayıb.
Hazırda Amerika liderinin potensial səfərinin planlaşdırılması aparılır.
Ağ Ev şərh verməkdən imtina edib. Kanalın qeyd etdiyi kimi, Baydenin İsrailə gedəcəyi təqdirdə bölgədə olduğu müddətdə əlavə dayanacaqlar edib-etməyəcəyi hələlik bəlli deyil.
Mənbə: RİA Novosti

