Şotlandiyanın Qlazqo şəhərində yerli muzeylərdən təxminən iki min eksponat, o cümlədən Auguste Rodinin üç milyon funt-sterlinq dəyərində olan heykəli yoxa çıxıb, BBC xəbər verir.
Şəhərin ictimai muzeylər birliyi olan Qlazqo Muzeyləri 1750 əşyanı tapa bilmir. İtkin düşənlər arasında muzeyin 1901-ci ildə Rodenin özündən aldığı gips heykəli “Jean d’Er” də var. İtkin düşən heykəl sonuncu dəfə 1949-cu ildə sərgidə nümayiş etdirilib. O vaxtdan bəri onun izləri itib.
Parisdə yerləşən və heykəltəraşın irsinin öyrənilməsinə və əsərlərinin tam kataloqunun tərtibinə həsr olunmuş “Roden Komitəsi” eksponatın itirilməsini son dərəcə kədərli hadisə adlandırıb. Komitə rəhbəri qeyd edib ki, döyüş əməliyyatları zamanı sənət əsərləri məhv ediləndə bu, həyatı dəyişdirən haldır, lakin pis rəftar və ya səhlənkarlıq nəticəsində yoxa çıxdıqda bu, əsl biabırçılıqdır.
Mənbə: BBC

