23/07/2026

Səhrada “görünməz” hotel tikiləcək

Səudiyyə Ərəbistanının futuristik eko-şəhəri Neomda “görünməz” hotel tikiləcək.

Bu barədə “Dezeen” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, Leyca bölgəsində inşası planlaşdırılan üç premium hoteldən biri olacaq “The Wellness Hotel” tamamilə aynalı fasad sayəsində ətraf aləmdə “həll olacaq”

Leyca – Eylat körfəzi sahillərində səhra vadisində yerləşən Neom eko-şəhərinin beşinci bölgəsidir.

Məlumata görə, təqdim olunan üç mehmanxananın hər biri 40 nömrədən ibarət olacaq, onlar vadinin üstündəki 400 metrlik qayalar boyunca yerləşəcək.

Oxşar xəbərlər