Yeni Xpeng X9 mikroavtobusu oktyabrın 24-də Çin bazarında debüt edəcək. Bu barədə Carnewschina.com xəbər verir.
X9 miniven Çinin Xpeng şirkətinin yeddinci modeli olacaq. Avtomobilin ümumi uzunluğu 5293 mm, təkər bazası 3160 mm-dir. Avtomobil modifikasiyadan asılı olaraq 6 və ya 7 sərnişin daşıya bilər. Mikroavtobusun əsas versiyasında ön oxda tək elektrik mühərriki olacaq, onun pik gücü 320 at gücünə bərabərdir. İki motorlu tam ötürücülü versiya 503 at gücünə sahib olacaq. Hər iki versiyanın maksimal sürəti 200 km/saatla məhdudlaşdırılıb.
Xpeng 2025-ci ilə qədər daha beş yeni avtomobil modelini buraxmağı planlaşdırır. G7 yolsuzluq avtomobilləri, F57 və F59 sedanları, F61 krossoverləri və E29 kupeləri Çin bazarına çıxacaq. Əksər modellər elektrik aqreqatları ilə təchiz ediləcək. Güc ehtiyatı avtomobildən asılı olaraq 500 ilə 800 km arasında olacaq.
Mənbə: Haber global

