23/06/2026

Tramp respublikaçıları Birləşmiş Ştatlarda “ən pis administrasiya”nı məğlub etmək üçün birləşməyə çağırıb

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp partiya yoldaşlarını növbəti debatda iştirak etmək əvəzinə, ölkə tarixindəki “ən pis administrasiya”nı məğlub etmək üçün birləşməyə çağırıb. Bu barədə “The Hill” Trampın Truth sosial şəbəkəsindəki səhifəsinə istinadən yazır.

“Respublikaçılar mübahisə etməməlidirlər, Birləşmiş Ştatlar tarixindəki ən pis və səriştəsiz administrasiyanı məğlub etmək üçün birləşməlidirlər”, – nəşr yazır.

Onun fikrincə, son Respublikaçı debat tarixin ən aşağı reytinqini göstərdi və növbəti tur “yəqin ki, daha pis olacaq”.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər