Avropa İttifaqı Birlik ölkələrinin sərhədlərində pasportlara viza möhürlərinin vurulmasının rəqəmsal çeklərlə əvəzlənəcəyi yeni yoxlama sistemini tətbiq etmək qərarına gəlib. Aİ nümayəndələri Lüksemburqda keçirilən Daxili İşlər Şurasının iclasında yeni sistemlə bağlı konsensusa gəliblər, Dutch News yazır.
EES giriş və çıxış sistemi 2024-cü ilin ikinci yarısında fəaliyyətə başlayacaq. Onun fəaliyyəti üçün Aİ sərhədində xüsusi özünəxidmət köşkləri yerləşdiriləcək. Şəxsi məlumatların, məlumat bazasında barmaq izlərinin olub-olmadığını, habelə gəliş-gediş tarixi və yeri ilə bağlı məlumatları yoxlamaq üçün sistemdə vətəndaşlar pasportlarını özləri skan etməli olacaqlar.
EES bütün Aİ ölkələrində etibarlı olacaq, lakin uzunmüddətli viza sahiblərinə və ya dövlətlərin qanuni sakinlərinə şamil edilməyəcək. Bundan əlavə, sistem Kipr və İslandiya kimi Aİ ada üzvlərinə təsir etməyəcək.
Mənbə: A Haber

