Bolqarıstanda neft-kimya sənayesi işçilərinin həmkarlar ittifaqı Rusiya neftinin idxalına erkən qadağa qoyulacağı təqdirdə etiraz aksiyalarına hazır olduğunu bəyan edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Həmkarlar ittifaqı rəhbərliyi fövqəladə toplantı keçirib, bundan sonra “effektiv etiraz aksiyaları” keçirmək barədə bəyanat yayıb. Onların iş yerlərinin qorunması üçün bütün hüquqi mexanizmlərdən istifadə ediləcəyi bildirilir.
Həmkarlar ittifaqının sədri Pavlin Vakovskinin sözlərinə görə, neft kimyaçıları “oynamaqdan” yorulublar.
Mənbə: RİA Novosti

