Fransa Fələstinin Həmas hərəkatı ilə mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiyaların yaradılmasını təklif edir.
TASS xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz hamımızı təhdid edən terrorçularla mübarizə aparmaq üçün ərazi və regional qrup yarada bilərik”, – Makron bildirib.
Bundan əvvəl Makron İsrail prezidenti İsaak Hersoqla görüşdə bildirib ki, Fransa İsrail qoşunlarının terror qruplaşmalarına qarşı mübarizəsini dəstəkləyir, lakin məqsədyönlü əməliyyatların aparılmasını zəruri hesab edir.
Mənbə: TASS

