21/06/2026

ABŞ kütləvi qırğın silahları təhlükəsi səbəbindən fövqəladə vəziyyətin müddətini uzadıb

ABŞ prezidenti Co Bayden hələ 1994-cü ilin noyabrında ölkə daxilində tətbiq edilən fövqəladə vəziyyətin müddətini uzadıb. RİA Novosti amerikalı liderin bəyanatına istinadən xəbər verir ki, bu qərar kütləvi qırğın silahlarının yayılması riski ilə əlaqədar qəbul edilib.

“Kütləvi qırğın silahlarının yayılması ilə əlaqədar milli fövqəladə vəziyyətin <…> 2023-cü il noyabrın 14-dən sonra da qüvvədə qalacağı ilə bağlı dərc olunması üçün federal reyestrə bildiriş göndərmişəm”, – dövlət başçısı vurğulayıb.

1994-cü il noyabrın 14-də ABŞ-ın keçmiş prezidenti Bill Klinton ölkədə fövqəladə vəziyyət elan edilməsi haqqında 12938 saylı fərman imzalayıb. Sənəd kimyəvi, bioloji və nüvə silahlarının yayılması təhlükəsi ilə əlaqədar hazırlanıb. Bundan əlavə, Amerika səlahiyyətliləri bu cür silahlar üçün çatdırılma maşınlarının çoxalmasından qorxurdular.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər