Çindən olan təqaüdçü 78 yaşında fiziki forması ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib, Mothership yazır.
78 yaşlı Bai Jinqinin dediyi kimi, o, oturaq həyat tərzi keçirirdi və bu, sağlamlığına təsir edib. Təqaüdçü etiraf edir ki, o, işlə çox məşğul olub və fiziki hazırlığı davam etdirməyə vaxt tapmayıb.
Bütün bunlar, çinli qadın əmindir ki, ona xərçəng diaqnozu qoyulmasına səbəb olub. Üç əməliyyat keçirdikdən sonra xəstəlik səngidi və Bay sağlamlığına ciddi yanaşdı, idman zalına qatıldı və 60 yaşında yoqa ilə məşğul olmağa başladı.
Mənbə: Lenta.ru

