23/06/2026

Ukraynaya məxsus pilotsuz uçan aparat Belqorod vilayəti üzərində səmada vurulub

Belqorod vilayəti üzərində səmada Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi Telegram kanalında məlumat yayıb.

“Noyabrın 2-də Moskva vaxtı ilə saat 23:45 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətinin ərazisi üzərində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – Müdafiə Nazirliyindən bildiriblər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MAQATE ekspertlərinin Zaporojye AES-də rotasiyası günü Ukrayna PUA-larının hücumunu odla oynamaq kimi qiymətləndirmişdi.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər