Bu gün Rusiya Federasiyasının İstintaq Komitəsi bir sıra keçmiş Ukrayna rəsmilərinə qarşı Ukraynanın cənub-şərqində baş verən hadisələrlə bağlı cinayətlərə görə qiyabi ittiham irəli sürüb. Onların arasında keçmiş baş nazir Arseni Yatsenyuk da var. Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“Onların arasında baş nazir vəzifəsində çalışmış Arseni Yatsenyuk, Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Sergey Paşinski və Ukraynanın Xarici İşlər Naziri vəzifəsində çalışmış Andrey Deşitsya da var. Həmin şəxslər Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvləri olub və ölkənin cənub-şərqində qondarma antiterror əməliyyatının keçirilməsi ilə bağlı cinayət qərarında iştirak ediblər”, – məlumatda deyilir.
İstintaq Komitəsinin qeyd etdiyi kimi, həmin şəxslər Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvləri olub və ölkənin cənub-şərqində qondarma antiterror əməliyyatı (ATO) keçirmək barədə cinayət qərarı veriblər.
Mənbə: TASS

