ABŞ dövlət katibi Entoni Blinkenin İraqa səfərindən sonra İraq və Suriyadakı Amerika hərbi bazalarına hücum edilib. Bu barədə İraqın “Shafaq news” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, iraqlı şiə qruplaşmaları ABŞ-ın İraqın qərbində yerləşən Ayn əl-Əsəd və Suriya-İraq-İordaniya sərhədindəki Əl-Tənf bazalarına pilotsuz təyyarələrdən istifadə edərək hücuma cəhd edib. İki pilotsuz təyyarə gecə və səhər saatlarında Ənbar əyalətindəki Ayn əl-Əsəd bazasına hücum edib.
“Hər iki pilotsuz təyyarə silahlı qüvvələr tərəfindən vurulub”, – mənbə paylaşıb.
Mənbə: TASS

