21/06/2026

ABŞ Yaxın Şərqə nüvə sualtı qayığı göndərib

Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın bölgədəki qoşunlarını qorumaq üçün Yaxın Şərqə nüvə sualtı qayıq göndərdiyini bildirib. Onun brifinqdəki sözlərini RİA Novosti yayıb.

Kirbi qeyd edib ki, sualtı qayıq Süveyş kanalından “ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına” keçib.

“Yalnız ümumi şəkildə deyə bilərəm ki, birincisi, yerdəki qoşunlarımızı və obyektlərimizi qorumaq, ikincisi, digər oyunçulara güclü çəkindirici siqnal göndərmək üçün bölgədəki qüvvələrimizə düzəlişlər etdik və edəcəyik. .. eskalasiya haqqında kim düşünə bilər”, – ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru bildirib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər