Ukraynada qış əvvəlkindən daha çətin keçəcək. TASS xəbər verir ki, bunu ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Piat ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib.
“G7 tərəfdaşlarımız, özəl sektor və humanitar təşkilatlarla sıx əməkdaşlıq edərək, biz Ukraynaya evlərini işıqlı və isti saxlamağa kömək etməyə çalışırıq” dedi.
O qeyd edib ki, xüsusi hərbi əməliyyat başlayandan generasiya gücü 50% azalıb.
Mənbə: TASS

