ABŞ Ədliyyə Nazirliyi 3 nəfəri elit fahişəxanalar şəbəkəsi təşkil etməkdə ittiham edib.
Vaşinqton və Bostonda hökumət rəsmiləri və hərbçilər də daxil olmaqla yüzlərlə yüksək rütbəli müştərisi olan şəbəkənin aşkar edilməsi barədə The New York Times xəbər verir.
“Müştərilər arasında hüquqşünaslar, mühasiblər, həkimlər, seçilmiş məmurlar, əczaçılıq və yüksək texnologiyalı rəhbərlər, hərbi qulluqçular, hökumət podratçılar, professorlar, alimlər olub”, – nəşr Bostondakı ABŞ prokuroru vəzifəsini icra edən Coşua Levidən sitat gətirib.
Lakin ABŞ Ədliyyə Nazirliyi müştərilərin adlarını açıqlamayıb. Üç nəfər qadınları cinsi xidmətə cəlb etmək üçün “məcbur etmə taktikası”ndan istifadə etməkdə ittiham olunurdu, bunun üçün müştərilərdən saatda 350-600 dollar alınırdı.
Mənbə: CNN Türk

