23/06/2026

ABŞ administrasiyası Rumıniyaya əlli Abrams tankının satışını təsdiqləyib

ABŞ administrasiyası Rumıniyaya 54 Abrams tankının satışını təsdiqləyib. RİA Novosti bu barədə ABŞ Müdafiə Əməkdaşlıq Agentliyinə istinadən xəbər verir.

“Dövlət Departamenti M1A2 Abrams əsas döyüş tanklarının və müvafiq avadanlığın Rumıniya hökumətinə təqribən 2,53 milyard dollar dəyərində mümkün satışını təsdiqləyən qərar qəbul edib”, – hesabatda deyilir.

ABŞ rəsmilərinin fikrincə, bu tanklar NATO müttəfiqinə “mövcud və gələcək təhdidlərə” qarşı kömək edəcək.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər