Keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı Rusiya ilə razılaşmalarla bağlı açıqlamalarından sonra yalançı adlandırıb. O, bunu X sosial şəbəkəsində ukraynalı nazirin dərcinə şərhində bildirib.
“Yalançı. Sizin öz prezidentiniz Poroşenko etiraf edir ki, bütün Minsk prosesi uydurma idi və NATO-nun ordunu gücləndirmək üçün vaxt qazanması lazım idi”, – mesajda deyilir.
O qeyd edib ki, 2022-ci ilin martında Rusiya müqavilə təklif edəndə Ukrayna hakimiyyətinin ölkəni xilas etmək şansı olub, sonradan Ukrayna rəhbəri Vladimir Zelenski bu razılaşmanı rədd edib.
Mənbə: Lenta.ru

