Ukraynada qadağan edilmiş Müxalifət Platforması – Həyat Naminə Partiyasının keçmiş lideri, hazırda “Başqa Ukrayna” hərəkatına rəhbərlik edən Viktor Medvedçuk bildirib ki, Ukrayna artıq “Aİ-nin dağılması prosesi”nə başlayıb. Medvedçukun məqaləsi onun hərəkatının saytında dərc olunub.
“Ukrayna ora heç nə gətirməyəcək, ancaq “maliyyələşməyə qarışacaq” və bu ittifaqı daxildən məhv edəcək”, o vurğulayıb.
Medvedçukun sözlərinə görə, avropapərəst ukraynalı siyasətçilərin məqsədi Aİ büdcəsinə birbaşa çıxış əldə etməkdir və guya Aİ rəhbərliyi bu cür istəkləri təşviq edir.
Mənbə: Lenta.ru

