23/07/2026

NATO rəhbəri Rusiyanın CFE Müqaviləsindən çıxmasından sonra alyansı gücləndirməyə çağırıb

Silahlara nəzarət mexanizmləri Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxmasından sonra fəaliyyətini dayandırıb və dünyanı daha təhlükəli edir, ona görə də NATO-nun gücləndirilməsinə ehtiyac var. TASS xəbər verir ki, bunu Berlində mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi (START) və Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF Müqaviləsi) ləğvi də Rusiyanın qərarı ilə bağlıdır.

“Bütün bunlar dünyanı daha təhlükəli edib və NATO-nun güclənməsinin vacibliyini nümayiş etdirir”, – Stoltenberq bildirib.

Oxşar xəbərlər