Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8-ci növbədənkənar İslam Zirvəsi üçün səfər etdiyi Ər-Riyadda Səudiyyə Ərəbistanının Baş naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.
“Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin qeydə alınmayan atom bombalarına sahib olub-olmamasını araşdırmalıdır”, – deyə Ərdoğan çıxışı zamanı bildirib.
O, həmçinin İsrailin Qəzzada baş verənlərlə bağlı təzminat ödəməli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin edilməlidir.

