Amerika aviasiyası Suriyada iranpərəst qruplaşmalara iki zərbə endirib

Amerika döyüş təyyarələri Suriya ərazisində yerləşən və iranpərəst qruplara aid iki hədəfə hücum edib. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələrinin hədəflərindən biri komanda məntəqəsi olub. İkinci zərbə isə silahların saxlandığı anbara düşüb.

ABŞ Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.

Mənbə: Haber.com

Oxşar xəbərlər