24/06/2026

Polşalı sürücülər ucbatından Slovakiya və Ukrayna sərhədində böyük tıxac yaranıb

Slovakiya və Ukrayna sərhədində uzunluğu təxminən 25 kilometr olan yük maşınlarının növbəsi yaranıb. Bu barədə TASS Koşitse vilayətinin (Şərqi Slovakiya) polis idarəsinə istinadən məlumat yayıb.

Avtomobillər Vysne Nemecke keçid məntəqəsinin qarşısında Slovakiya sərhədinin kənarında dayanıb. Ukraynaya daxil olmaq üçün gözləyən yük maşınlarının koloniyası keçid məntəqəsindən təxminən 16 km məsafədə olan Fekişovce kəndinə qədər uzanıb.

Belə böyük tıxacın yaranmasına səbəb Polşa daşıyıcılarının etirazları olub. Onlar Polşa və Ukrayna sərhədində yük daşımalarının hərəkətinə mane olurlar, nəticədə yük maşınları Slovakiyadan dolama yol alır.

Mənbə: TASS

Oxşar xəbərlər