Al Mayadeen telekanalının mənbələrinə görə, Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında Amerika bazasına raket hücumu olub. Kanal mənbələri Amerika bazasına bir neçə raketin atıldığını bildirib.
Baza ərazisində yanğın qeydə alınıb. Hücumdan qısa müddət sonra Amerika hərbi təyyarələri Deyr əz-Zor vilayətinin şərq hissəsində dövrə vurmağa başladı.
Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirmişdi ki, oktyabrın 17-dən bəri ABŞ hərbi personalı və Yaxın Şərqdəki bazaları 55 dəfə atəşə tutulub, nəticədə 59 hərbçi yaralanıb.
Mənbə: A Haber

