24/06/2026

İranın İsraillə müharibə etmək niyyəti yoxdur

Reuters mənbələrinin məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei noyabrın əvvəlində Tehranda HƏMAS nümayəndələri ilə görüşü zamanı deyib ki, İran İsraillə müharibə etməyi planlaşdırmır. Xəbər agentliyi xəbər verir ki, Ayətullah qruplaşmaya bu mesajı çatdırıb: “Oktyabrın 7-də İsrailə hücumla bağlı bizi xəbərdar etmədiniz və biz sizin adınıza döyüşə getməyəcəyik”.

Reuters-in əlaqə saxladığı İran rəsmiləri və HƏMAS nümayəndələri təsdiqləyiblər ki, Tehran münaqişəyə birbaşa müdaxilə etmək niyyətində deyil, lakin hərəkatı dəstəkləməyə davam edəcək.

Eyni şey İranın da dəstəklədiyi Livanın Hizbullah qruplaşmasına da aiddir. Reuters agentliyinin mənbəsi bildirib ki, Hizbullah HƏMAS-ın hərəkətləri barədə xəbərdar edilməyib və ehtiyatsız qalıb.

Mənbə: TASS

Oxşar xəbərlər