İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Yavanın şərqində qəzaya uğrayıb. Bu barədə İndoneziyanın “Detik” portalı məlumat yayıb.
Jurnalistlər təyyarənin Bromo dağının yamacındakı Pasuruan liman şəhəri yaxınlığında qəzaya uğradığını yazır. Bu barədə məlumatı İndoneziya Hərbi Hava Qüvvələrinin məlumat mərkəzinin rəhbəri Əbdül Muxari təsdiqləyib.
Qəzanın təfərrüatları açıqlanmayıb, tələfat barədə məlumat verilməyib. Təyyarənin yalnız quyruq nömrəsi məlumdur – TT-3103.
Mənbə: RİA Novosti

