Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi qərarı siyasi ola bilməz, bu, həkimlərin tövsiyələrinə əsaslanacaq. TASS xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze Gürcüstanın “İmedi” telekanalına müsahibəsində deyib.
Breqadzenin qeyd etdiyi kimi, Gürcüstanda məhbuslar sağlamlıqlarını yaxşılaşdırmaq üçün lazım olan müddətdə xəstəxanada qala bilərlər.
“Bizim həkimin tövsiyəsi olan kimi onu [Saakaşvilini] həbsxanaya köçürəcəyik, çünki bu məsələ ilə bağlı başqa qərar qəbul etmirik; hər hansı siyasi qərar qəbul etmək istisnadır”, – Respublika Ədliyyə Nazirliyinin rəhbəri bildirib.
Mənbə: TASS

