23/07/2026

İranın xarici işlər nazirinin Beyruta səfəri məlum olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livanın paytaxtı Beyrutda səfərdədir. Bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Fələstinin Həmas qruplaşmasının nümayəndə heyəti Livana gəlib və orada Livanın şiə Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah tərəfindən qəbul edilib.

Onlar oktyabrın 7-də İsrailə hücumdan sonra baş verənləri müzakirə ediblər, mövqeləri, eləcə də “bütün müqavimət cəbhələrində, xüsusən də Qəzza zolağında mövcud olan imkanları” və “davamlı işin və daimi koordinasiyanın vacibliyini” qiymətləndiriblər.

Mənbə: A Haber

Oxşar xəbərlər