Türkiyə İsveçin üzvlüyünün ratifikasiya vaxtı barədə NATO-ya məlumat verib

Türkiyə NATO-ya məlumat verib ki, alyansın xarici işlər nazirləri yanvarın 28-29-da keçiriləcək görüşə qədər İsveçin təşkilata üzvlük müraciətini ratifikasiya etməyəcək. Bu barədə “Reuters” məlumat yayıb.

Bundan əvvəl İsveçin müdafiə naziri Paul Jonsson bildirib ki, onun ölkəsi Rusiyadan gələ biləcək təhlükələrə görə tez bir zamanda NATO-nun tamhüquqlu üzvü olmalıdır. O qeyd edib ki, İsveçin NATO-ya qəbulu prosesi ilə bağlı vaxt cədvəli verə bilməz, lakin o, Türkiyə və Macarıstanın sonda üzvlüyü ratifikasiya edəcəyinə ümid etdiyini bildirib.

İsveç Finlandiya ilə birlikdə 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edib. 4 aprel 2023-cü ildə Finlandiya rəsmi olaraq Alyansa üzv oldu. Macarıstan Türkiyə ilə birlikdə İsveçin alyansa qoşulmasına hələ razı olmayan sonuncu NATO üzvüdür. 2023-cü ilin oktyabrında Türkiyə İsveçə qarşı ritorikasını yumşaldıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən ratifikasiya protokolunu parlamentə təqdim edib.

Mənbə: Reuters

Oxşar xəbərlər