İlin əvvəlinə qədər Qazaxıstanda restoranlar şəbəkəsini idarə edən “Food Solutions KZ” şirkətinin baş direktoru Aset Maşanov bildirib ki, regionda geosiyasi vəziyyət dəyişərsə, McDonald’s Qazaxıstandakı fəaliyyətini bərpa edə bilər.
“Açığını desəm, bu sual bizim üçün deyil, çünki biz bu prosesə nəzarət etmirik. Bu, regiondakı geosiyasi vəziyyətdən asılıdır”, – deyən baş direktor əlavə edib ki, bunun üçün əsas şirkətdən qərar lazımdır.
Maşanov təsdiqləyib ki, brendin Qazaxıstanı tərk etməsi Rusiyadan məhsulların tədarük zəncirindəki fasilə ilə bağlıdır.
“McDonald’s siyasi səbəblərə görə Rusiyanı tərk edəndə bu, bizə, biznesimizə, o cümlədən [ət] tədarükümüzün Rusiyadan gəldiyinə görə təsir etdi” dedi baş direktor.
Mənbə: Sputnik

