Vaşinqton Ukraynaya yardım paketinin ABŞ-da ilin sonuna kimi qəbul edilməyəcəyini bildirib

ABŞ Konqresinin Nümayəndələr Palatasının xüsusi kəşfiyyat komitəsinin rəhbəri Mayk Turner bildirib ki, Kiyev 2023-cü ilin sonuna qədər yeni Amerika yardımı almayacaq. Konqresmen bu barədə NBC News-a müsahibəsində danışıb.

Turnerin sözlərinə görə, ilin sonuna qədər Ukraynaya yeni yardım paketi təqdim etmək son dərəcə çətin olacaq. Konqresmen hesab edir ki, buna əngəl ABŞ hakimiyyətinin ölkənin Meksika ilə sərhədi ilə bağlı siyasətidir.

Bundan əvvəl bildirilmişdi ki, Ukraynanın müdafiə naziri Rustem Umerov Amerikanın müdafiə departamentinin rəhbəri Lloyd Ostin ilə telefon danışığı zamanı ölkənin silahlı qüvvələrinin potensialının gücləndirilməsi üzrə gələcək addımları müzakirə edib.

Mənbə: NBC News

Oxşar xəbərlər