Haval Jolion krossoveri həftə ərzində satış rekordu vuraraq Lada Granta sedanını ötüb.
Bu barədə Autostat analitik agentliyi məlumat yayıb.
Ötən həftənin nəticələrinə əsasən, noyabrın 20-dən noyabrın 26-dək Rusiyada 2005 Haval Jolion krossoveri satılıb. Lada Granta sedanı 1570 avtomobillə ikinci yerdədir. Üçüncü yerdə bir həftə ərzində 1459 avtomobil satan Lada Vesta sedanı qərarlaşıb. Ondan sonra Lada Granta liftback (1069 avtomobil satılıb) gəlir.
2023-cü ilin 47-ci həftəsinin sonunda Rusiyada ən çox satılan yolsuzluq avtomobilləri onluğuna həmçinin Lada Niva Travel və Niva Legend yolsuzluq avtomobilləri, ikinci yerdə Çin krossoverləri Chery Tiggo 7 Pro Max, Geely Coolray, Chery Tiggo 4 Pro və Geely Monjaro daxil olub.
