Böyük Britaniyada donuzlara təsir edən qrip A (H1N2) virusuna ilk insan yoluxma hadisəsi Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Təşkilatı (UKHSA) tərəfindən qeydə alınıb. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
“İnsanlarda A (H1N2) qripinə yoluxma halı təsdiqlənib”, – məlumatda deyilir.
UKHSA-ya görə, sözügedən ştam 1b.1.1-dir ki, bu da “digər ölkələrdə insan yoluxmasına səbəb olanlardan fərqlidir, lakin Böyük Britaniyanın donuz populyasiyasında dolaşan viruslara bənzəyir”.
Mənbə: Lenta.ru

