24/06/2026

İran Rusiyadan Mi-28, Su-35 və Yak-130 alıb

Rusiya İrana Su-35 çoxməqsədli qırıcıları, Mi-28N hücum helikopterləri və Yak-130 döyüş təlimçi təyyarələri verəcək.

Bu barədə İranın Tasnim agentliyi respublikanın müdafiə nazirinin müavini Seyid Mehdi Fərhiyə istinadən məlumat yayıb.

“Rusiya istehsalı olan Su-35 qırıcıları, Mi-28 hücum helikopterləri və Yak-130 təlim təyyarələrinin İrana tədarükü ilə bağlı razılaşmalar tamamlanıb”, – deyə məlumatda bildirilir.

O qeyd edib ki, bu döyüş maşınlarının İran hərbi hissələrinə daxil edilməsi planları tamamlanıb.

General onu da əlavə edib ki, İran regionda ən böyük hərbi helikopter parkına malikdir.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər