Birləşmiş Ştatlar Şimali Koreyanın sanksiya siyahısına iki nəfərin Rusiyada yaşadığı güman edilən 8 nəfəri və bir təşkilatı daxil edib. Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunub.
Yayımlanan mesajdan belə çıxır ki, sanksiyalar Moskva və Vladivostokda yaşayan KXDR-in iki vətəndaşına qarşı tətbiq edilib. Nazirlikdən verilən məlumata görə, Tehranda yaşayan iki vətəndaş da qara siyahıya daxil edilib.
Sanksiya siyahısına Kimsuky (Apt43, Archipelago, Black Nanshee və digər adlar kimi tanınan) haker qrupu da daxildir.
Mənbə: A Haber

