22/07/2026

Hindistan 75 nəfərlik kontingentini Maldiv adalarından çıxarmağa razılaşıb

Hindistan 75 nəfərlik kontingentini Maldiv adalarından çıxarmağa razılaşıb. “Reuters”in məlumatına görə, bu sözləri Maldiv prezidenti Məhəmməd Muizzou BMT-nin iqlim sammiti çərçivəsində Hindistan tərəfi ilə görüşdən sonra deyib.

Hazırda Maldiv adalarında Hindistan kontingentinin əksəriyyəti fövqəladə hallarla mübarizə üçün Hindistanın ölkəyə təhvil verdiyi iki helikopter və bir təyyarəni idarə edir. Maldiv hakimiyyəti Muizzunun seçilməsindən sonra 18 noyabr 2023-cü ildə qoşunların çıxarılması tələbi ilə Hindistana müraciət edib. Maldiv prezidentinin seçki kampaniyasının şüarı “Hindistan birinci gəlir” ifadəsi olub ki, bu da kiçik hind kontingentinin ölkə ərazisindən yekun şəkildə çıxarılmasına nail olmaq istəyi deməkdir.

Yeni Dehlinin qoşunlarını geri çəkməyə razı olmasına baxmayaraq, Male Hindistan tərəfindən göstərilən yardımın vacibliyini qəbul edir. Tərəflər birgə inkişaf layihələri ilə bağlı məsələlər üzrə yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəliblər.

Mənbə: TASS

Oxşar xəbərlər