Britaniya hökuməti Guardian qəzetinin Çin və Rusiya ilə əlaqəsi olduğu iddia edilən hakerlərin dövlətə məxsus Sellafild nüvə kompleksinin kompüter sistemlərini sındırması ilə bağlı xəbəri təkzib edib. Bu barədə TASS Böyük Britaniya hökumətinin bəyanatına istinadən xəbər verir.
Nazirlər Kabineti Britaniya ictimaiyyətini bütün monitorinq sistemlərinin tam etibarlılığına əmin edib və onlarda zərərli proqramların olması ehtimalını rədd edib. Guardian xəbəri tamamilə yalan adlandırılıb.
“The Guardian” qəzeti dekabrın 4-də öz saytında bildirib ki, hələ 2015-ci ildə hakerlər Sellafildin kompüterlərinə casus proqramlar quraşdırmış ola bilərlər.
Mənbə: TASS

