Honda Las-Veqasda keçirilən CES sərgisində Teslanın Cybertruck pikapını xatırladan paz formalı konsept avtomobilini təqdim edəcək.
Debütdən əvvəl yapon avtomobil istehsalçısı avtomobilin xarici görünüşünü qismən ortaya qoyan bir şəkil yayımladı. Şirkət yeni məhsulun texniki xarakteristikalarını təqdim etməyib, lakin o, qlobal elektromobil seriyasının modellərini, həmçinin brendin inkişafı və transformasiyasını əks etdirən əsas texnologiyaları təqdim edəcəyini açıqlayıb.
Şəkildən görünür ki, konseptin dizaynında kəskin xətlər, ön hissədə isə dar zolaq şəklində yuxarıda fara var.
2030-cu ilə qədər Yaponiya şirkəti dünya bazarına 30 yeni elektrik avtomobil modelini təqdim etməyi planlaşdırır.
Mənbə: Gazeta.ru

